ABŞ və Rusiya silah ixracında liderdir

13 Mart 2023, 10:32
ABŞ və Rusiya silah ixracında liderdir
ABŞ və Rusiya silah ixracında liderdir

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) 2018-2022-ci illərdə dünyada silah ticarətinin vəziyyəti barədə hesabatını dərc edib.

TASS informasiya agentliyi xəbər verir ki, hesabata görə, ABŞ və Rusiya əsas ixracatçı olaraq qalır, halbuki Rusiyada silah satışının həcmi əvvəlki beşillik dövrlə müqayisədə 31 faiz azalıb. Ukrayna isə 2022-ci ildə idxalçılar arasında üçüncü yeri tutub.

2013-2017-ci illərlə müqayisədə 2018-2022-ci illərdə ABŞ-də satış 14 faiz artıb və onun qlobal həcmdə payı 40 faiz təşkil edib. Rusiyada eyni dövrdə satış 31 faiz azalıb, qlobal həcmdə payı isə 22 faizdən 16 faizə düşüb (Azertac).