“Artıq hər 44 uşaqdan birində bu hal var” - Valideynlərin diqqətinə!
“Bu gün özəldən tutmuş, dövlət məktəblərinə qədər heç bir məktəbdə Autizm Spektr Pozuntusu (ASP) olan uşaqların inteqrasiyası üçün proqram yoxdur. Ümumiyyətlə, məktəbəqədər hazırlıq və ibtidai sinif pedoqoqlarının ASP haqqında məlumatı yoxdur. Dünyadakı orta göstəricilərə əsasən, hər 36 uşaqdan biri ASP-lidir. Hər 36 uşaqdan biri o deməkdir ki, ortalama hər 3 sinifdən birinə bir ASP-li uşaq düşür.