Bakıda mənzil qiymətlərində yüksək artım gözlənilir? – AÇIQLAMA
Hazırda Bakıda mənzil qiymətlərində stabilləşmə mövcuddur. Yay fəsli, adətən, belə olur, mənzil bazarında aktivlik aşağı düşür. Ötən ayın nəticələrinə əsasən, az da olsa, mənzil qiymətlərində ucuzlaşma var. Payızda isə ilin sonuna doğru, adətən, mənzil bazarında aktivləşmə müşahidə edilir. Əlbəttə, aktivləşmə qiymətlərə də təsir edəcək.