Buğda əkənlərə müjdə - 5 illik subsidiyadan kimlər yararlana biləcək?
Qlobal ərzaq bazarında davam edən bahalıq, payıza doğru gözlənilən qıtlıq əksər ölkələri əsas ərzaq məhsulu olan buğda ilə təminata xüsusi diqqət ayırmağa sövq edib. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) məlumatına əsasən hazırda dünya bazarında 3 milyon ton buğda çatışmır. Təşkilat bu il buğda istehsalının ötən ilkinə nisbətən 0,6 faiz az olacağını gözləyir.