Nazir: "Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyadan keçməlidir"
Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda, yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib.
APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə tapıb.