Son günlərdə uşaqlarda müşahidə edilən qusma, hərarət nəyin əlamətləridir? - HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
Son bir ayda uşaqlar arasında qızdırma, halsızlıqla müşahidə edilən virus yayılıb.
Belə ki, bu barədə bir çox valideynlər sosial şəbəkələrdə paylaşımlar edir. Ərazi üzrə poliklinikalarda çalışan pediatrlar da son günlərdə qızdırma, qusma, iştahasızlıqla bağlı şikayətlərlə gətirilən uşaqların sayında artım olduğunu təsdiq edirlər.