“ChatGPT”dən yenilik
“OpenAI” “ChatGPT”yə yeni funksiyalar əlavə edib. Artıq istifadəçilər chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow”da ev elanlarına baxa biləcəklər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik “Telegram” və “Discord”dakı “mini tətbiqlər”ə bənzəyir. İstifadəçilər “ChatGPT” ilə danışaraq, onun digər tətbiqlərlə necə işləyəcəyini seçə biləcəklər.