2007-ci ildən bəri ən böyük neft qıtlığı gözlənilir – «Bloomberg»dən xəbərdarlıq
«Bloomberg» 2007-ci ildən bəri dünya bazarında ən böyük neft qıtlığı barədə xəbərdarlıq edib.
FED.az-ın məlumatına görə, 2023-cü ilin son aylarında qlobal neft bazarı son 15 ildən çox müddətdə ən böyük tədarük çatışmazlığı ilə üzləşə bilər. Agentlik qeyd edir ki, bu, Co Baydenin seçki kampaniyasına problem yarada bilər.