İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumillikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır.
Xaçmazda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra bir neçə nəfərin vəziyyəti pisləşib.
Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.
“COVİD-19-la bağlı yeni bir dalğanın başlanğıcındayıq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
2022-ci ilin I yarısında Azərbaycandan 680,8 min vətəndaş xaricə səfər edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2022-ci il iyulun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4% çox – 688 011 olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
2022-ci ilin yanvar-iyun aylarında azərbaycanlılar Türkiyədə 702 mənzil (ev) alıblar.
“Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Kluge koronavirusun “omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib. Bu barədə ÜST-nin saytında məlumat verilib.
Dövlət Statistika Komitəsi ölkəyə idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək. Prezident İlham Əliyevin bu gün imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanda öz əksini tapıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 959,7 milyon manat təşkil edib.