Yanacağa görə 20 min uçuşu ləğv edirlər
Almaniyanın “Lufthansa” aviaşirkəti artan təyyarə yanacağı qiymətləri fonunda genişmiqyaslı uçuş ixtisarına gedir. Şirkət oktyabr ayına qədər təxminən 20 min qısaməsafəli reysi ləğv edəcəyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, “Lufthansa” Qrupunun yaydığı bəyanatda bildirilir ki, yay aylarında uçuş şəbəkəsi optimallaşdırılacaq və ümumi tutum azaldılacaq.