Ukrayna bu ölkədən 12,1 milyard dollar məbləğində yardım alacaq
Ukrayna Yaponiyadan 12,1 milyard dollar məbləğində maliyyə yardımı alacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda məlumat verib.
“Bu, xüsusilə, bu ayın sonuna qədər alacağımız 4,7 milyard dollarlıq qrantdır”, - hökumət başçısı yazıb.