Vatsapdan yenilik
Artıq 2023-cü ilin oktyabr ayından “Android” smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən vatsap messenceri bu funksiyanı “Apple” cihazlarına da genişləndirməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, “WABetaInfo”nun (WBI) məlumatına görə, artıq “iPhone” üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.