Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.
Azərbaycanda şirkət və təşkilatlar 2024-cü ilin ilk ayında dövlət büdcəsinə ödədikləri gəlir və ya mənfəət vergisinin həcmini azaldıblar. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər ilin ilk ayında 1 milyard 377.1 milyon manatlıq mənfəət vergisi ödəyiblər.
Neft qiymətləri Çindən gələn makro-iqtisadi məlumatların gözləntiləri üstələməsi və Ukraynanın Rusiya neftayırma zavodlarına hücumlarının geosiyasi riskləri artırması nəticəsində bir ayda ən böyük həftəlik irəliləyişdən ardından yenidən bahalaşıb.
2024-cü ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.531.963 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bildirib. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və RİA Novosti üçün müsahibəsində deyib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu var. Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib. OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur (proqnoz dəyişməyib).
Ermənistan Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi olan “ATAGS” alacaq. Bu barədə Hindistan mətbuatı yazıb.
Miqrantlar öz profillərinə uyğun işləməsələr, Rusiya Federasiyasını tərk etməli olacaqlar. Bu barədə “İzvestiya” məlumat yayıb.
“Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb. Buna beynəlxalq mütəxəssislər də dəvət edilib”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.