Çindəki yeni virus Qazaxıstanda

6 Yanvar 2025, 11:31
Çindəki yeni virus Qazaxıstanda
Çindəki yeni virus Qazaxıstanda

Çində insan metapnevmovirusu (HMPV) yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanda da yeni yayılan virusa yoluxma faktı qeydə alınıb.

Belə ki, 30 nəfərdə metapnevmovirus aşkarlanıb.

Qeyd edək ki, metapnevmovirusa daha çox 14 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir.