Fevralda kimin pulu nə qədər artacaq?
Əgər pensiyaçı hazırda məsələn, 500 manat pensiya alırsa, onun aylıq ödənişi təxminən 46 manat artaraq 546 manata çatacaq. Üstəlik, fevralda yanvar ayının da 46 manatlıq fərqi əlavə olunduğu üçün, vətəndaş həmin ay ümumilikdə 592 manat pul əldə edəcək.
"Fevral ayında 1 milyon 100 mindən çox vətəndaşın pensiyası indeksləşdirilərək artırılacaq və bu artım yanvar ayından etibarən hesablanacaq".