Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 46 022 borcalana 2 milyard 734,833 milyon manat kredit verib.
“Report” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 371,469 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 870 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.