Orta aylıq əməkhaqqı 934 manata çatır
2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.