Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 608,6 milyon manat məbləğində xidmət göstərib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.
İki ayda xidmətlərin 67,7%-ni əhali istehlak edib.
Xidmətlərdən əldə edilən gəlirin 205,3 milyon manatı və ya 33,7%-i mobil telefon rabitəsi sahəsində formalaşıb.