
Paşinyan Türkiyə ilə sərhədin açılmasında irəliləyişin olacağına ümid edir
“Yaxın zamanlarda Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması məsələsində irəliləyişin olacağına ümid edirəm”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Tbilisidə “İpək yolu” beynəlxalq forumunda çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.










