FED.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bundan başqa, Türkiyənin energetika naziri Alparslan Bayraktarın Təl-Əvivə səfəri ləğv olunub.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailə səfərinin ləğv edildiyini açıqlamışdı.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.