“Yaxın zamanlarda Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması məsələsində irəliləyişin olacağına ümid edirəm”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Tbilisidə “İpək yolu” beynəlxalq forumunda çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, həmçinin bunun regionda gələcək dinc mühitə müsbət təkan verəcəyinə əmin olduğunu qeyd edib.
Xatırladaq ki, cari ilin əvvəlində Ermənistan və Türkiyə nümayəndələri iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına dair razılıq əldə etdiklərini bəyan ediblər.