
2027-ci ildən vergilər dəyişir – Kimlər daha çox, kimlər daha az ödəyəcək?
İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov noyabrın 4-də Milli Məclisin komitə iclasında bildirib ki, dəyişikliklər layihəsi artıq parlamentə təqdim edilib. Sənəddə yerli istehsalın, xidmət ixracının, turizmin və kiçik sahibkarlığın təşviqi, eləcə də bir sıra mövcud vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur.










