PRESS REVIEW — PRA.AZ
Iqtisadiyyat

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 16%-dən çox artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 16%-dən çox artıb

2023-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 281.9 mln. manat təşkil edib.

 

 

2023-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 281.9 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin sentyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 2.1% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 16.3% və ya 3 mlrd. 124.7 mln. manat artıb. Belə ki, 2022-ci ilin oktyabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 19157.2 mln. manat təşkil edib.

Bu xəbəri bəyəndiniz?
Paylaş: