
Zəlzələ zamanı istifadə edilə bilən - Mobil proqramlar
Ötən gün səhər saatlarında Bakıda 5.6 bal gücündə zəlzələ olub. Ocağı 68 km dərinlikdə yerləşən zəlzələ paytaxtda və bir neçə rayonda da hiss edilib. Bəs, hər an qaçılmaz olan təbii fəlakətləri əvvəlcədən dəqiqliklə bilməsək də, onun fəsadlarını necə azalda bilərik? Bu məqamda texnologiyanın inkişafı təbii fəlakətlər zamanı da köməyimizə çatır.










