2024-cü ildə banklar üçün bədbin proqnoz

5 Dekabr 2023, 9:33
2024-cü ildə banklar üçün bədbin proqnoz
2024-cü ildə banklar üçün bədbin proqnoz

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" 2024-cü ildə qlobal bankların proqnozlarına mənfi təzyiqlərin artacağına diqqət çəkib.

"Qlobal iqtisadiyyatdakı zəiflik və borcluların kredit ödənişlərini həyata keçirə bilməmələrinin bankların gəlirliliyinə təzyiq göstərməsi gözlənilir ki, bu da bankların 2024-cü ildə "mənfi" (neqativ) proqnozla üzləşəcəyi deməkdir".

Marja.az xəbər verir ki, bu, beynəlxalq kredit reytinq agentliyi "Moody's" tərəfindən qlobal bank sektorunun proqnozu ilə bağlı dərc edilən hesabatda bildirilir. 

 

Hesabatda qeyd olunub ki, mərkəzi banklar tərəfindən faizlərin artırılması və inkişaf etmiş iqtisadiyyatlarda işsizlik nisbətlərinin artması qlobal bankların aktiv keyfiyyətini zəiflədə bilər.

"Moody's" hesabatında, ABŞ və Avropada daşınmaz əmlak sektorundakı vəziyyətin qlobal bankların gələn il üçün proqnozları üçün artan risk yaratdığı vurğulanıb.

Hesabatda pul siyasətinin gələn il sərt şəkildə davam edəcəyinin gözlənildiyi və bunun, gələcəkdə mərkəzi bankların faiz dərəcələrini aşağı salacağı ilə bağlı hazırkı proqnozlara baxmayaraq, qlobal iqtisadiyyatda yavaşlamaya səbəb olacağı bildirilib.

Çinin iqtisadi artımında yavaşlama gözlənilir

İstehlakçıların və müəssisələrin xərclərinin durğunluğu, zəif ixrac və davam edən daşınmaz əmlak böhranı səbəbindən gələn il Çinin iqtisadi artımının yavaşlaması gözlənilir.

"Moody's"ın hesabatında proqnozlaşdırılır ki, gələn il qlobal bankların gəlirliliyi yüksək maliyyələşdirmə xərcləri, aşağı kredit portfeli artımı və bankların potensial defoltları ödəmək üçün ehtiyat yaratmaları səbəblərindən aşağı düşəcək.