
Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq - Qanun qüvvəyə mindi
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib. “Qafqazinfo” xəbər verir ki, bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub.










