Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılır.
Bununla bağlı Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli qərarında deyilir. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu özü 2018-ci ildə təsis edilib və respublikada ilahiyyat istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir.