Qafqazın ən böyük elektrik stansiyası 2025-ci ilin birinci yarısında istifadəyə veriləcək.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Baba Rzayev deyib.O bildirib ki, azad edilmiş ərazilərdə də bərpa olunan yaşıl eneji mənbələrinin işə salınması ardıcıl davam etdirilir: "Cəbrayılda 240 MVAT gücündə günəş elektrik stansiyasının işə salınması üçün işlərə başlanacaq".