
Əhalinin banklardakı əmanətləri 910 milyon manatdan çox - ARTIB
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fiziki şəxslərin depozitləri 12 milyard 253,7 milyon manata çatıb.
3030 xəbər tapıldı

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fiziki şəxslərin depozitləri 12 milyard 253,7 milyon manata çatıb.

“Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər”. DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

Rusiyalı tədqiqatçılar VSV virusu bazasında yeni onkolitik preparat yaradıblar, o, təkcə xərçəng hüceyrələrini məhv etmir, həm də şişlə daha fəal şəkildə mübarizə aparmaq üçün immuniteti gücləndirir.

Futbol üzrə İngiltərə millisi tarixinin ən yaxşı baş məşqçiləri açıqlanıb. "Report" xəbər verir ki, "FourFourTwo" nəşrinin versiyasına əsasən, Alf Ramsey ilk pillədə qərarlaşıb.

Texnologiya dünyasında 2023-cü il süni intellektin əsas istiqamətə çevrildiyi il kimi yadda qalacaq. Süni intellekt sistemləri mükəmməl olmasa da, tez bir zamanda müxtəlif məzmunlar istehsal etməyi bacardı. Bəs, 2024-cü ildə hansı texnoloji yeniliklər, daha doğrusu trendlər gözlənilir?

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir ki, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2 818 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə - red.) 45 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 66 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 128 mln. barel azdır.

“Əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə gedərdim”, – illərdir kruiz gəmilərində işləyən Batır Yusupov deyir. Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir.

FED.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

“Bu gün Bakı şəhərində yerüstü səfərlərimizin 60-70 faizi avtobusların, 30-40 faizi isə taksilərin payına düşür. Amma avtobusların üstünlükləri çox azdır və hazırda bunun üzərində işlər gedir. Taksilərlə edilən səfərlərin orta məsafəsi isə 1-3 kilometrdir ki, bunu da mikromobil vasitələrlə başa vurmaq olar”.

Azərbaycanda nə su mənbələri, nə də su ehtiyatları tükənir. Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq

Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır. “Qafqazino” xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb. “JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.