PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3030 xəbər tapıldı

Bakıda orta maaş 700 dollara yaxınlaşıb – YENİ MƏBLƏĞ
Xəbər

Bakıda orta maaş 700 dollara yaxınlaşıb – YENİ MƏBLƏĞ

2023-cü ilin nəticələrinə görə, Bakı şəhərində orta aylıq əmək haqqı 1183 manat təşkil edib. FED.az xəbər verir ki, bu barədə Bakı şəhər statistika idarəsi məlumat açıqlayıb. Məlumata görə, 2023-cü ildə paytaxtda əməkhaqları 103 manat və ya 9,6% artıb. Xatırladaq ki, 2022-ci ilin sonunda orta aylıq əmək haqqı 1080 manat idi.

Ukrayna bu ölkədən 12,1 milyard dollar məbləğində yardım alacaq
Xəbər

Ukrayna bu ölkədən 12,1 milyard dollar məbləğində yardım alacaq

Ukrayna Yaponiyadan 12,1 milyard dollar məbləğində maliyyə yardımı alacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda məlumat verib. “Bu, xüsusilə, bu ayın sonuna qədər alacağımız 4,7 milyard dollarlıq qrantdır”, - hökumət başçısı yazıb.

Bakıda toz normadan iki dəfə artıqdır
Xəbər

Bakıda toz normadan iki dəfə artıqdır

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7-2 dəfə normadan artıqdır.

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 24% azalıb
Xəbər

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 24% azalıb

2024-cü ilin yanvar ayında Azərbaycana 16 milyon 283 min dollar dəyərində 70 min 145 ton buğda idxal edilib. “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 dəfə və ya 72 min 510 ton, məbləğ baxımından isə 2.7 dəfə və ya 27 mln. 140 min dollar çoxdur.

Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər gözlənilmir
Xəbər

Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər gözlənilmir

Azərbaycan Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti istefaya göndərilib. Yeni tərkib formalaşanadək hökumət üzvləri öz səlahiyyətlərini icra edəcəklər. Prezidentin yaxın günlərdə hökumətin yeni tərkibini formalaşdıracağı bildirilir.