Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq.
İki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca isə geniştərkibli görüş olacaq.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər.