Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 24% azalıb

19 Fevral 2024, 10:40
Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 24% azalıb
Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 24% azalıb

 

2024-cü ilin yanvar ayında Azərbaycana 16 milyon 283 min dollar dəyərində 70 min 145 ton buğda idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 dəfə və ya 72 min 510 ton, məbləğ baxımından isə 2.7 dəfə və ya 27 mln. 140 min dollar çoxdur.

Xatırladaq ki, cari ilin yanvar aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.43%-nə bərabər olub.

Əlavə edək ki, 2024-cü ilin yanvar ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.7% və ya 122.9 manat azalaraq 394.6 manat təşkil edib.