
Ehtiyata buraxıldıqdan nə qədər sonra - Hərbi toplanışa çağırıla bilərsiniz?
Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.










