PRESS REVIEW — PRA.AZ
Cəmiyyət

Plana Düşən Ünvan, Oyanan Maraqlar: Qutqaşınlı 27-də Hakim və Vətəndaşın Əmlak Savaşı

Plana Düşən Ünvan, Oyanan Maraqlar: Qutqaşınlı 27-də Hakim və Vətəndaşın Əmlak Savaşı

Kərimovlar ailəsinin iddiasına görə, 2011-ci ildə Yasamal Rayon Məhkəməsində bu işə baxan Alim adlı hakim, elə həmin dövrdə Nəsimi Rayon Məhkəməsinin hakimi işləyən Xumar Mərdanovanın tələbə yoldaşı olub. Hətta məhkəmə iclası zamanı hakim Alim iş yoldaşına zəng edərək proses barədə məlumat verib

Bakının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 27 saylı ünvan hazırda paytaxtın ən böyük tikinti zonalarından birinə çevrilib. Burada köhnə fərdi evlərin sökülərək yerində “Lux Residence” MMC tərəfindən premium çoxmərtəbəli yaşayış kompleksinin inşa edilməsi milyonlarla manatlıq kompensasiya və mənzil fondu deməkdir. Lakin ərazinin plana düşməsi həm də illərdir gizli qalan hüquqi mübahisələri və böyük maraq toqquşmalarını üzə çıxarıb. Bu mübahisələrin mərkəzində isə 70 illik sakin olan Kərimovlar ailəsi ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova dayanıb. 2023-cü ildən bəri səngiməyən bu əmlak davası Azərbaycanın məhkəmə sistemindəki qaranlıq məqamlara işıq salır.

 12 İllik Sükut: Qəflətən Oyanan Hüquqi Maraq

Məlumata görə, 2010-2023-cü illər ərzində sözügedən əmlak qanuni şəkildə Saləddin Kərimova məxsus olub və bu mülkiyyət hüququ Yasamal Rayon Məhkəməsinin rəsmi qətnaməsi ilə təsdiqlənib. Bu işdə ən böyük sual və mübahisə doğuran məqam hakim Xumar Mərdanovanın tam 12 ildən sonra – 2023-cü ildə qəflətən apelyasiya şikayəti verməsidir.

Xumar Mərdanova öz gecikmiş iddiasını 2011-ci ildə birinci instansiya məhkəməsinin çıxardığı qətnamədən tamamilə “xəbərsiz olması” ilə əsaslandırır. Lakin hər kəsə məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə məhkəmə qərarlarından şikayət vermək üçün konkret və qəti müddətlər mövcuddur. Burada haqlı bir sual ortaya çıxır: Əgər sıravi, arxasız bir sadə vətəndaş tam 12 ildən sonra hansısa məhkəmə qərarından apelyasiya şikayəti versəydi, onun ərizəsinə ümumiyyətlə baxan olardımı? Böyük ehtimalla, sadə vətəndaşın şikayəti elə ilk instansiyadaca ötürülmüş müddət bəhanəsi ilə rədd edilərdi. Lakin iddiaçı yüksəkçinli bir hakim olduqda, məhkəmə mexanizmlərinin tamamilə fərqli və güzəştli işlədiyi görünür.

Digər qaranlıq məqam isə Xumar Mərdanovanın qətnaməni vaxtında almadığını və məhkəmə prosesindən xəbərsiz olduğunu necə sübuta yetirə bilməsidir. Axı məhkəmə arxivlərində rəsmi bildirişlərin, çağırış məktublarının göndərilib-göndərilməməsinə dair rəsmi reyestrlər mövcuddur. Bir hakimin 12 il boyunca öz adına olan mülklə maraqlanmaması və yalnız ərazi plana düşəndə "xəbərsiz" olduğunu xatırlaması hüquqi məntiqə sığmır.

"Tələbə Yoldaşı" Zəngi və Perspektivsiz Görünən Mənzil

Kərimovlar ailəsinin iddiasına görə, 2011-ci ildə Yasamal Rayon Məhkəməsində bu işə baxan Alim adlı hakim, elə həmin dövrdə Nəsimi Rayon Məhkəməsinin hakimi işləyən Xumar Mərdanovanın tələbə yoldaşı olub. Hətta məhkəmə iclası zamanı hakim Alim iş yoldaşına zəng edərək proses barədə məlumat verib. Bildirilir ki, Xumar Mərdanova o zaman həmkarına "Mənim heç bir marağım yoxdur, istənilən qərarı çıxara bilərsiniz" cavabını verib.

Bu fakt bir sualı doğurur: 2011-ci ildə bu əmlakda heç bir perspektiv görməyən və ondan imtina edən hakim, 12 ildən sonra niyə fikrini dəyişdi? Səbəb sadədir: Bakıda daşınmaz əmlak bazarının kəskin bahalaşması və Qutqaşınlı 27 ünvanının dövlət tərəfindən rəsmən söküntü planına salınması.

2023-cü ildə əraziyə tikinti şirkəti daxil olduqdan və əhaliyə böyük məbləğdə kompensasiyalar təklif edildiyini gördükdən sonra, Xumar Mərdanova dərhal hərəkətə keçərək öz hüquqi nüfuzundan və statusundan istifadə etməyə başlayıb. Mövcud vəziyyətdə Kərimovlar ailəsinə Ali Məhkəmənin qərarı ilə 92 min 500 manat pul ödənilməsi də rəsmi olaraq qeydə alınıb. Bu rəqəm şirkətin milyonluq layihəsi fondunda Kərimovları qismən razı salmaq və ərazidən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirilir.

 Əgər Mənzil 2023-cü ilə Qədər Satılsaydı...

Bu qəliz prosesdə diqqətçəkən digər fərziyyə isə mülkiyyətin taleyi ilə bağlıdır: Əgər 2023-cü ilə qədər Kərimovlar ailəsi bu ünvandakı mənzili rəsmi şəkildə üçüncü bir şəxsə satsaydılar, onda vəziyyət necə olardı?

Belə bir hal baş versəydi, Xumar Mərdanova artıq Kərimovlarla deyil, əmlakı tam qanuni və xəbərsiz şəkildə alan "xoşniyyətli alıcı" (добросовестный приобретатель) ilə qarşı-qarşıya gəlməli olacaqdı. Hüquqi praktikaya görə, xoşniyyətli alıcının əlindən mülkü almaq demək olar ki, qeyri-mümkündür və dövlət onun hüquqlarını qoruyur. Belə olan halda, hakimin 12 ildən sonra qaldırdığı iddia tamamilə boşa çıxacaqdı. Məhz mənzilin satılmaması və ailənin orada yaşamağa davam etməsi, hakimin illər sonra bu zəif nöqtədən istifadə edərək hüquqi hücuma keçməsinə şərait yaradıb.

Sovet Dövrünün "Qeyri-Rəsmi" Satışı və 70 İllik Həqiqət

Məsələ İctimai Televiziyada (İTV) işıqlandırılarkən Xumar Mərdanovanın vəkili Vasif Hüseynov tamamilə fərqli bir iddia irəli sürüb. Vəkil bildirib ki, bu mənzil hələ 1999-cu ildə Xumar Mərdanovaya bağışlanıb və onun dövlət çıxarışı (kupçası) mövcuddur. Qarşı tərəf iddia edir ki, Kərimovların bu əmlaka sahib olmaq üçün heç bir ilkin hüquqi sənədi olmayıb.

Lakin Kərimovlar ailəsinin arqumentləri tarixi faktlara söykənir. Ailə bildirir ki, hələ 1950-ci illərdə Xumar Mərdanovanın babası bu mənzili onların babası Məmməd Ağa Kərimova qeyri-rəsmi şəkildə satıb. Sovet ittifaqı dövründə bu tipli fərdi mənzillərin xüsusi mülkiyyət çıxarışı olmadığı üçün onları leqal və rəsmi notarial üsulla satmaq hüquqi cəhətdən qeyri-mümkün idi. Bu səbəbdən əmlak alqı-satqısı əsasən qarşılıqlı etimad və əl-ələ sənədləşmə ilə həyata keçirilirdi.

Kərimovlar ailəsinin düz 70 ildən çoxdur ki, məhz bu ünvanda fasiləsiz yaşaması, dövlət qeydiyyatında olması və kommunal xidmətləri ödəməsi bu tarixi faktı tamamilə gücləndirir və təsdiq edir. 2011-ci ildə məhkəmənin mənzili Kərimovlara verməsi də məhz bu uzunmüddətli faktiki sahiblik hüququna əsaslanırdı.

Bu xəbəri bəyəndiniz?
Paylaş: