Türkiyə və daha 12 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib
Türkiyəyə BRICS-in tərəfdaş ölkəsi statusu verilib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, qərar qurumun Kazan sammiti çərçivəsində qəbul edilib.
3028 xəbər tapıldı
Türkiyəyə BRICS-in tərəfdaş ölkəsi statusu verilib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, qərar qurumun Kazan sammiti çərçivəsində qəbul edilib.

Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh sazişinə aparan doğru yoldur. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə iclası zamanı deyib.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu, noyabr ayında Bakıda keçiriləcək COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır.

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları da daxil edilir.

Hazırda Bakının mərkəzinə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərində qiymət artımı müşahidə edilir. Bu sözləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib.

Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Türkiyədə qidanın əsassız istehlakı səbəbindən “all inclusive” (hər şey daxil – Qeyd) sistemi ilə işləyən otellərin sayı azaldılması planlaşdırılır. Bu barədə Ankara Gənc İşadamları Dərnəyinin nümayəndəsi Mustafa Korkutata məlumat verib.

Bu ilin 3-cü rübü üzrə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb. Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rusiya 2025-ci ildə cəmi 10,5 min miqrant qəbul edəcək. 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır.

Azərbaycanda son illərdə kredit kartlarından istifadə hallarında artım müşahidə edilir. Banklar tərəfindən təklif edilən kartlar vasitəsilə vətəndaşlar nağdlaşdırma, ödənişlər etmək və s. kimi imkanlara sahib olur. Lakin hər bank tərəfindən kartdan xərclənən məbləğin geri qaytarılması üçün müəyyən güzəşt müddəti olur. Bəzi hallarda vətəndaş bu güzəşt müddətini keçir və borcu artır.

Sosial şəbəkələrdə kirayə müqaviləsi bağlamayanların cərimələndiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, mənzildə kirayə qalan zaman müqavilə bağlanmadıqda ev sahibi 800, evdə qalan şəxslər isə 50 manat ödəməli olur. Bəs əslində proses necədir?

Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilib.