Azərbaycanda ilkin mənzil bazarında nə baş verir?

16 Oktyabr 2024, 9:58
Azərbaycanda ilkin mənzil bazarında nə baş verir?
Azərbaycanda ilkin mənzil bazarında nə baş verir?

Bu ilin 3-cü rübü üzrə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin III rübündə mənzil bazarında qiymət 2024-cü ilin II rübü ilə müqayisədə 3.8% bahalaşıb.

O cümlədən ilkin mənzil bazarı üzrə 4.3%, təkrar mənzil bazarı üzrə 3.7% bahalaşıb.

2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən mənzil bazarında qiymətlər 9.2%, ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb.