Türkiyə və daha 12 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib

24 Oktyabr 2024, 18:12
Türkiyə və daha 12 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib
Türkiyə və daha 12 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib

Türkiyəyə BRICS-in tərəfdaş ölkəsi statusu verilib.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, qərar qurumun Kazan sammiti çərçivəsində qəbul edilib.

Belarus, Qazaxıstan, Özbəkistan, Kuba, Boliviya, Nigeriya, Uqanda, İndoneziya, eləcə də Əlcəzair, Niger, Tailand və Vyetnam da analoji statusa sahib olublar.