
“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”
“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”. “Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.









