Fransada tətil dalğası BAŞLADI

14 Noyabr 2024, 22:53
Fransada tətil dalğası BAŞLADI
Fransada tətil dalğası BAŞLADI

Fransanın əsas həmkarlar ittifaqları, hökumətin 2025-ci il üçün dövlət sektorunun maliyyələşdirilməsini azaltmaq planlarına və xəstəliklə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sosial ödənişlərin azaldılmasına etiraz olaraq, dekabrın 5-də ümummilli tətil keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.

Musavat.com xəbər verirki, bundan əlavə, səhiyyə sektorunun dörd əsas həmkarlar ittifaqı (CGT, FO, Sud və Unsa) noyabrın 4-dən dekabrın 21-dək tətil elan ediblər.

Kənd təsərrüfatı sektorunun nümayəndələri isə noyabrın 18-də nümayişlər keçirməyi planlaşdırırlar. Onlar hökumətin verdiyi vədlərin yerinə yetirilməməsindən və Avropa İttifaqı ilə MERKOSUR arasında hazırlanan ticarət sazişindən narazıdırlar.

Dəmiryolu işçilərinin bütün həmkarlar təşkilatları, Milli Dəmir Yolları Şirkətinin (SNCF) yük bölməsinin kiçik strukturlara bölünməsi barədə müzakirələrə qarşı noyabrın 21-də 24 saatlıq xəbərdarlıq tətili keçirməyi planlaşdırırlar.

Bu tətil və nümayişlər, Fransada müxtəlif sektorların hökumətin siyasətlərinə qarşı narazılığını və etirazlarını əks etdirir.