
Paşinyan: Bizə Azərbaycanla müharibə lazım deyil
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətin mümkünlüyünü istisna edib.
3028 xəbər tapıldı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətin mümkünlüyünü istisna edib.

Dekabrın 4-də TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Monteneqronun Avroviziya-2025-dəki təmsilçiləri “NeonoeN” qrupu “Clickbait” mahnısı ilə qalmaqal fonunda müsabiqədə iştirakdan imtina edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qrupun müsabiqə qaydalarını pozmasıdır.

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.

Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manat təşkil edib. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4 % azalıb, son 1 ildə isə 12,2 % artıb.

Bu il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib. “Report” quruma istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,6 % azdır. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 5,6 % azalıb, son 1 ildə isə 3,3 % artıb.

Noyabrın 18-dən Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. Müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur.

Türkiyənin 24 əyalətində güclü qar yağması səbəbindən məktəblər, liseylər, təlim kursları, xüsusi təhsil müəssisələri və reabilitasiya mərkəzlərində tədris birgünlük dayandırılıb.
Qlobal neft tələbi daha on il ərzində artmağa davam edəcək və bu əmtəəyə qlobal marağın pik səviyyəsinin 2030-cu ildən tez baş verməsi gözlənilmir, dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” yazıb.

“Berkshire Hathaway”in baş icraçı direktoru Uorren Baffet sərvətindən asılı olmayaraq bütün valideynlərə tövsiyə edib ki, tərtib etdikləri vəsiyyətnaməni imzalamadan əvvəl onu uşaqlarına oxutsunlar.

“Şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılır”. “Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.