PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq
Xəbər

Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: “Eyni zamanda Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq”.

Əhaliyə xəbərdarlıq edildi
Xəbər

Əhaliyə xəbərdarlıq edildi

Bu gün axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Pezeşkian Lavrovla görüşdü
Xəbər

Pezeşkian Lavrovla görüşdü

İran Prezidenti Məsud Pezeşkian Tehranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Bakı Asiya Universiteti ləğv olundu
Cəmiyyət

Bakı Asiya Universiteti ləğv olundu

Bakı Asiya Universiteti ləğv olunduğunu elan edib. “Qafqazinfo” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, ev 33 ünvanına bildirə bilərlər.

Bəzi yollarda sürət həddi endirildi
Xəbər

Bəzi yollarda sürət həddi endirildi

Mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Fidan və Lavrov görüşdü
Xəbər

Fidan və Lavrov görüşdü

Bu gün Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında ikitərəfli danışıqlar keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-dəki mənbəyə istinadən TASS yayıb. Bildirilib ki, danışıqlar Yohannesburqda G20 ölkələrinin XİN rəhbərlərinin 27-ci görüşü çərçivəsində baş tutacaq.

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb
Xəbər

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. "Report" xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.