Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi

25 Fevral 2025, 21:17
Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi
Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə mühüm görüşlər keçirib.

 

Prezidentin köməkçisi ilk olaraq Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.