Fidan və Lavrov görüşdü

20 Fevral 2025, 22:27
Fidan və Lavrov görüşdü
Fidan və Lavrov görüşdü

Bu gün Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında ikitərəfli danışıqlar keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-dəki mənbəyə istinadən TASS yayıb. 

Bildirilib ki, danışıqlar Yohannesburqda G20 ölkələrinin XİN rəhbərlərinin 27-ci görüşü çərçivəsində baş tutacaq. 

Bununla yanaşı, H.Fidanın çinli həmkarı Van İ ilə də ikitərəfli görüşü planlaşdırılır.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Onlar arasında danışıqlar Yohannesburqda keçirilən G20 nazirlərinin görüşü çərçivəsində aparılır.