
Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər gəlir vergisi ödəyəcək?
Özəl sektorda çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər 2025-ci ilin sonunda başa çatıb. Bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Həmin tarixdən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılır.










