
Azərbaycanda bu müəllimlərin maaşı 35 faiz artırılıb
“Azərbaycanda son iki ildə xarici dil müəllimlərinin 40%-nin maaşı 35% artırılıb”. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bp və tərəfdaşlarının ingilis dili üzrə “Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi” layihəsinin təqdimatında bildirib.










