
Xəbərlər
3082 xəbər tapıldı


Azərbaycanda bu əməlin törədilməsinə görə cəzalar sərtləşdirildi
Prezident İlham Əliyev Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara edilən dəyişikliyi təsdiqləyib.

Pensiya artımı nə zaman veriləcək?
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib. Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?

"Bakcell" lotereyasında meqa uduşun qalibi bəlli oldu!
İnnovasiya lideri "Bakcell" MMC-nin hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı – "Porsche Cayenne" avtomobilinin qalibi Urfan Buksayev olub.

Azərbaycan və İsrail arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə "Report"a Konfederasiyadan məlumat verilib. Sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində imzalanıb.

Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Rusiyada əmək miqrantlarına yeni qadağa
Rusiyada patenti olan əmək miqrantlarına birinci il ərzində iş yerlərini dəyişdirmək və ya başqa bir işlə birləşdirmək qadağan ediləcək. Bu barədə qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

Sənədsiz evlərlə bağlı açıqlama
Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu istiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

“Qrenlandiya ABŞ ərazisidir”
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı “ABŞ ərazisi” və Şimali “Amerikanın bir hissəsi” adlandırıb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Qarabağ” indi neçənci yerdədir? - Foto
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a 3:2 hesabı ilə qalib gəlməklə turnir cədvəlində yüksəliş əldə edib. “Qafqazinfo” xəbər verir ki, xallarının sayını 10-a çatdıran Ağdam təmsilçisi 17-ci yerə yüksəlib. Qurban Qurbanovun komandası ötən gecə tərk etdiyi pley-off zonasına qayıdıb.

“Moody`s” Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Azərbaycanda orta illik inflyasiya 2028-ci ilədək 4 %-ə enəcək. Bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyi agentliyin proqnozunda bildirilib.

Dünyada taxıl qıtlığı gözlənilir – Proqnoz
Beynəlxalq Taxıl Şurasının (IGC) orta müddətli təklif və tələbat proqnozuna əsasən, növbəti 5 il ərzində qlobal taxıl balansı daralacaq.