PRESS REVIEW — PRA.AZ

Xəbərlər

2963 xəbər tapıldı

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər artıb
Xəbər

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər artıb

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər və ya 0,24 faiz artıb. FED.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Belə ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 249 min 500 nəfərə çatıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

“Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
Xəbər

“Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

İnnovasiya lideri “Bakcell” media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. “Bakcell” tərəfindən təşkil edilən “İnnovasiyaların Qarabağda tətbiqi” adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.

Makron istefa verməyəcəyini açıqladı
Dünya

Makron istefa verməyəcəyini açıqladı

Fransa Prezidenti Emmanuel Makron müxalifətin istefa çağırışlarına məhəl qoymayaraq ölkədə sabitliyin təmin olunmasına yenə də çalışacağını bildirib. “Qafqazinfo” xəbər verir ki, o bununla bağlı “Axios”a açıqlama verib.

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Xəbər

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir. “Qafqazinfo” xəbər verir ki, tədbirin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller “FinTex və telekommunikasiya sahələri arasında sinerji” mövzusunda panel müzakirəsində iştirak edib.

Türkiyədə türk əsilli əcnəbilər artıq vətəndaş kimi işləyə biləcək
Xəbər

Türkiyədə türk əsilli əcnəbilər artıq vətəndaş kimi işləyə biləcək

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan "Türk əsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə yerinə yetirə bilmələri, dövlət və ya özəl qurum, təşkilat və ya iş yerlərində çalışa bilmələri" haqqında Qanunun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsinə dair Qərar imzalayıb.

“Qızıl Top”da 2026-cı ilin favorit adları açıqlandı
İdman

“Qızıl Top”da 2026-cı ilin favorit adları açıqlandı

2026-cı il üçün “Qızıl Top” mükafatına iddiaçı futbolçuların ilk reytinq siyahısı təqdim edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb. Qeyd olunub ki, siyahıya “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe başçılıq edir.

“ChatGPT”dən yenilik
Xəbər

“ChatGPT”dən yenilik

“OpenAI” “ChatGPT”yə yeni funksiyalar əlavə edib. Artıq istifadəçilər chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow”da ev elanlarına baxa biləcəklər. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik “Telegram” və “Discord”dakı “mini tətbiqlər”ə bənzəyir. İstifadəçilər “ChatGPT” ilə danışaraq, onun digər tətbiqlərlə necə işləyəcəyini seçə biləcəklər.

Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Xəbər

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 019 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə "Report" ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür
Xəbər

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür

Vətən Müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından beş il ötür. "Report" xatırladır ki, 2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub.