
Azərbaycan ordusu dünya miqyasında neçəncidir? - Siyahı açıqlandı
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır. “Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb. 2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.










