
Bakıda taksi qiymətləri artdı
Qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb. Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.










