
Azərbaycanda un UCUZLAŞDI - QİYMƏT
Azərbaycanda un ucuzlaşıb. “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib və bunu 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırıb. Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görürdülər.










